q
  • Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

“Sülh gündəliyinin müəllifi Azərbaycan Prezidentidir” - Rizvan Nəbiyev

SİYASƏT

12 May 2026 | 15:47

“Sülh gündəliyinin müəllifi Azərbaycan Prezidentidir” - Rizvan Nəbiyev

“Sülh gündəliyinin müəllifi Azərbaycan Prezidentidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlara və post-münaqişə reallıqlarına dair çıxışı zamanı bildirib.

O qeyd edib ki, Zəngilan mesajının verildiyi məkan həm tarixi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır və bu, regionda yeni geosiyasi reallıqların formalaşmasını simvolizə edir:

“Biz bu gün regionda yeni status-kvo görürük və bu reallığın əsas memarı Azərbaycan Prezidentidir. Azərbaycan həm sülh diplomatiyasını aparır, həm də yeni siyasi reallığı formalaşdırır”.

Deputat bildirib ki, Ermənistan daxilindəki siyasi proseslər və seçkilər də regiondakı sülh gündəliyinə təsir edən mühüm amillərdəndir.

Onun sözlərinə görə, Azərbaycan müharibəni həm hərbi, həm də siyasi-diplomatik vasitələrlə başa çatdırıb:

“Biz Ağdam, Laçın və Kəlbəcərin azad edilməsini həm hərbi əməliyyatlarla, həm də diplomatik razılaşmalarla təmin etdik. Bu, tarixi bir ultimatum idi”.

Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq prinsiplərinə tam riayət etməklə fəaliyyət göstərib və bu, beynəlxalq səviyyədə də qəbul olunub.

O əlavə edib ki, Ermənistanın hazırkı siyasi xətti və regiondakı bəzi xarici təsirlər sülh prosesinə təsir göstərsə də, Azərbaycanın yaratdığı reallıqlar artıq dəyişməz xarakter alıb:

“Bugün sülh gündəliyinin əsasını Azərbaycan formalaşdırır və regionda sabitliyin təmin olunmasında aparıcı rol oynayır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR