q
  • Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Sabirabaddakı qəzada xəsarət alanların DURUMU

CƏMİYYƏT

12 May 2026 | 10:10

Sabirabaddakı qəzada xəsarət alanların DURUMU

Xəbər verdiyimiz kimi, Sabirabadda zəncirvari qəza baş verib. Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Qurumdan verilən məlumata görə, hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

11 May 2026