q
  • Bakı 21° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Azərbaycanda bir çox avtomobil BAHALAŞDI

CƏMİYYƏT

12 May 2026 | 14:22

Azərbaycanda bir çox avtomobil BAHALAŞDI

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb.

Palatadan Bakıvaxtı.az-a bildirilib ki, bahalaşma davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub.

Hesabata əsasən, 2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir.

Palatanın təhlillərinə görə, bazarda əsas hərəkətverici qüvvə yenə də ikinci əl avtomobillər seqmenti olub. İkinci əl avtomobillər üzrə indeks aprel ayında 108.2 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8.2%, mart ayı ilə müqayisədə isə 2.1% artım deməkdir. Yeni avtomobillər seqmentində isə artım daha zəif olub. Belə ki, yeni avtomobillər indeksi baza dövrü ilə müqayisədə 3.5%, mart ayı ilə müqayisədə isə 0.8% yüksəlib.


SON XƏBƏRLƏR