• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Vüsalə irad bildirdi

ŞOU

12 May 2026 | 13:38 | Müəllif: Əli Hüseynov

Vüsalə irad bildirdi

Aparıcı Vüsalə Əlizadə səhnədə geyiminə, danışarkən sözlərinə fikir verməyən sənət adamalrına irad bildirib.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı bu barədə "İncə səhər" verilişində danışıb. 

"Əli-ayağı dolaşıb bir-birinə. Mikrofonu sönüb, heç yandırmayıb, amma danışır. Qalstuku belə əyilib, xəbəri yoxdur. Bu sənətdə "mən sənətkaram, nə təqdim etsəm tamaşaçı qəbul etməlidir" düşüncəsi doğru deyil. Tamaşaçı səni həmişə mükəmməl görmək istəyir, səhvini, qüsurunu qəbul etmir.

Deyə bilərsən ki, müğənniyəm, mahnını düz oxuyum, danışanda səhv etsəm də olar. Xeyr, illərin sənət adamısan, tamaşaçı səndən düzgün nitq istəyir. Çünki etalonsan. Sonrakı nəsil səndən görüb öyrənir" deyə, Vüsalə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026