Əvvəllər əsasən yaşlılarda rast gəlinən quru göz sindromu artıq 15–25 yaş arası gənclər arasında da daha tez-tez aşkarlanır.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bunun əsas səbəbləri arasında uzun müddət telefon, kompüter və digər elektron cihazlardan istifadə, nadir göz qırpma vərdişi və yaxın məsafədə fasiləsiz işləməyin dayandığını bildirir.
Bununla yanaşı, həkimlər orqanizmdə bəzi vitamin və mikroelement çatışmazlıqlarının da problemi gücləndirdiyini qeyd edirlər. Xüsusilə B12 çatışmazlığının görmə funksiyasına mənfi təsir göstərə biləcəyi vurğulanır.
Bakı 




