q
  • Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Xalq artisti iddialara cavab verdi

ŞOU

12 May 2026 | 09:27

Xalq artisti iddialara cavab verdi

Xalq artisti Fatma Mahmudova Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə aralarında olan söz-söhbətə son qoyub.

Bakıvaxtı.az-ın xəbərinə görə, aktrisa axşam.az-a açıqlamasında bildirir ki, müğənni ilə aralarında heç bir problem olmayıb:

"Onunla birlikdə verilişə çıxmaq istəmədim. Çünki mən aktrisayam, o isə müğənni. Biz uyğun insanlar deyilik. İntriqadan qaçan insanam. Verilişə mənimlə birlikdə Xalq artisti çağırsınlar gəlim. Deyirlər, qohumuma zəng ediblər. Mənim həyatda tək qohumum qızlarımdır. Qardaşım da rəhmətə gedib.

Ad günündə Rühəngiz məni çağırmadı, bizim münasibətimiz yoxdur. Mən ancaq Ölkə başçısının verdiyi fəxri adımı qoruyuram. Heç kimlə qalmaqal yaşamıram. Rühəngizin mədəniyyəti də, tərbiyəsi də, oxumağı da var. Sadəcə, bizim münasibətimiz yoxdur. Başqa mənə uyğun adamla çağırsınlar verilişə qatılım". 

Qeyd edək ki, F.Mahmudova Öz aramızda verilişinə R.Allahverdiyeva ilə qatılmaqdan imtina edib. 


SON XƏBƏRLƏR

11 May 2026