Bu ilin I rübündə Türkiyənin aşağı büdcəli aviaşirkəti - "Pegasus" 153 milyon avro zərər edib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Yanvar-mart aylarında "Pegasus"un əsas əməliyyat (satış) gəlirləri 1 il əvvələ nisbətən 3 % çox - 642 milyon avro olsa da, əsas əməliyyat xərcləri (satışının maya dəyəri) 11 % artımla 750 milyon avro təşkil edib.
3 ayda aviaşirkət 9,8 milyon sərnişin daşıyıb ki, bu da illik müqayisədə 9 % çoxdur. O cümlədən, sərnişin axını daxili reyslərdə 15 %, xarici reyslərdə isə 5 % artıb. Təyyarələrin ümumi doluluq nisbəti 86,3 % olub.
Bununla belə, digər xərclərlə birlikdə isə aviaşirkətin vergiyəqədərki mənfəəti cəmi 3 milyon avro olub. Ötən ilin eyni dövründə 6,8 % olan EBITDA marjası, bu ilin I rübündə 0,5 %-ə düşüb. Son nəticədə ümumi zərər kəskin artıb. Bu məsələdə yüksək geosiyasi gərginlik fonunda yanacaq qiymətlərinin və texniki xidmət xərclərinin artması, bazar şərtlərinin çətinləşməsi xüsusi rol oynayıb.
Xatırladaq ki, "Pegasus" Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar fevralın sonundan Səudiyyə Ərəbistanındakı iki şəhərə və Oman istisna olmaqla, digər istiqamətlərə uçuşları dayandırmışdı. Mayın ilk həftəsindən başlayaraq İraq, Livan, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar mərhələli şəkildə bərpa edilib.
Bakı 




