q
  • Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Yeni bulvar yaradıldı - ÜNVAN

CƏMİYYƏT

12 May 2026 | 15:43

Yeni bulvar yaradıldı - ÜNVAN

Bakı Olimpiya Stadionunda forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi "Expo zonası"na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.


SON XƏBƏRLƏR