q
  • Bakı 22° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Fariz İsmayılzadə: Qarşılıqlı etimad sülh və təhlükəsizlik üçün əsas şərtdir

SİYASƏT

12 May 2026 | 15:51

Fariz İsmayılzadə: Qarşılıqlı etimad sülh və təhlükəsizlik üçün əsas şərtdir

Sülh və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı etimad mühitinin formalaşdırılması vacibdir. Bu istiqamətdə müxtəlif addımlar atılır və əsas məqsəd qarşılıqlı sülhün və etimadın möhkəmləndirilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Fariz İsmayılzadə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən səsləndirib.

Deputat qeyd edib ki, seçkilərin müşahidəsi müxtəlif formatlarda həyata keçirilə bilər:

“Beynəlxalq təşkilatlar, ikitərəfli razılaşmalar, vətəndaş cəmiyyəti institutları və ya yerli ekspertlər vasitəsilə seçkilər müşahidə oluna bilər. Bu, kifayət qədər geniş və çoxşaxəli praktikadır”.

Onun sözlərinə görə, müşahidə mexanizmlərinin konkret forması isə hər bir prosesin xüsusiyyətlərinə uyğun şəkildə müəyyən edilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR