q
  • Bakı 21° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

CƏMİYYƏT

12 May 2026 | 13:17

Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.


SON XƏBƏRLƏR

11 May 2026