q
  • Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Rəşid Behbudov küçəsində çaşqınlıq - Video

CƏMİYYƏT

12 May 2026 | 11:39

Rəşid Behbudov küçəsində çaşqınlıq - Video

Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə işlər hələ yekunlaşmayıb və layihə çərçivəsində zəruri yol nişanları quraşdırılacaq.


SON XƏBƏRLƏR

11 May 2026