q
  • Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Azad olunan ərazilərlə bağlı VACİB AÇIQLAMA

SİYASƏT

12 May 2026 | 12:02

Azad olunan ərazilərlə bağlı VACİB AÇIQLAMA

Deputat Vüqar Bayramov Milli Məclisdəki çıxışında Azərbaycanın tarixi günlərini yaşadığını bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, deputat dövlət başçısına istinad edib:

“Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. İki gün öncə, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümündə Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlarla görüşdü. Uzun fasilədən sonra keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar. Bugünkü Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərində qərarlaşan dövlətdir. Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyadan ən yaxşı onluğa daxil olan Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilmiş dövlətdir”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Zəfərdən keçən qısa müddətdə işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini, təhsil almasını təmin edən dövlətdir:

“Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kubmetrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verən dövlətdir. Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paketi reallaşdırılıb”.

Deputat deyib ki, bugünkü Azərbaycan Prezidentin rəhbərliyi altında yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir:

“Nəhayət, ən əsası, bugünkü Azərbaycan Ümummilli Liderin memarı olduğu dövlətdir”.


SON XƏBƏRLƏR

11 May 2026