q
  • Bakı 23° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Trampda xəstəlik aşkarlanıb?

DÜNYA

12 May 2026 | 07:52

Trampda xəstəlik aşkarlanıb?

2026-cı ilin iyun ayında 80 yaşı tamam olacaq ABŞ lideri Donald Tramp mayın 26-da Vaşinqton yaxınlığındakı “Uolter Rid” Milli Hərbi Tibb Mərkəzində illik sağlamlıq müayinəsindən keçəcək.

Bakıvaxtı.az “Le Figaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Məlumata görə, müayinə stomatoloji yoxlamalar da daxil olmaqla geniş tibbi testlərdən ibarət olacaq.

Qeyd edək ki, respublikaçı milyarder Donald Trump ABŞ-də indiyədək and içən ən yaşlı prezidentdir. Bu səbəbdən onun sağlamlığı ilə bağlı suallar və fərziyyələr daim gündəmdədir. Məhz buna görə də D. Tramp mütəmadi olaraq mətbuata fiziki və əqli sağlamlığının yaxşı olduğunu bəyan edir.

Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Amerika liderinin sağ əlində qançırlar müşahidə olunub, bəzən isə həmin qançırlar makiyaj vasitəsilə gizlədilib. Ağ Ev bu izləri onun ürək-damar sağlamlığı məqsədilə müntəzəm olaraq aspirin qəbul etməsi ilə əlaqələndirib. Bununla yanaşı, D. Trampın şişkinlik və ya qıcolmalara səbəb ola bilən, geniş yayılmış və xoşxassəli hesab olunan xroniki venoz çatışmazlıqdan əziyyət çəkdiyi də açıqlanıb.

Aydın


SON XƏBƏRLƏR

11 May 2026