q
  • Bakı 23° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Sabirabaddakı qəzada ölən və yaralananlar - YENİLƏNİB

HADİSƏ

12 May 2026 | 09:03

Sabirabaddakı qəzada ölən və yaralananlar - YENİLƏNİB

Sabirabadda baş vermiş qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

***

08:29

Sabirabadda zəncirvari qəza baş verib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

    Belə ki, "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

    Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    11 May 2026