“Hantavirus xəstəliyin əvvəlində daha yoluxucu olur”.
Bakvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
ÜST-nin Epidemiologiya və Cavab Təhlili bölməsinin rəhbəri Olivye Le Polen brifinq zamanı bildirib ki, indiki halda karantin tətbiq edilirsə, bu, xəstəliyin yoluxucu olması ilə bağlıdır:
“Buna görə də, xəstəliyin ilk bir neçə günü və ya hətta ilk anlarından yoluxuculuq ən yüksək həddə olur. İnkubasiya dövrü səbəbindən yaxın günlərdə və ya hətta gələn həftə yeni yoluxma hallarının aşkarlanacağını gözləyə bilərik".
Bu üzdən o, insanları ayıq-sayıq olmağa çağırıb:
"İlk əlamətlər və simptomlar görünən kimi aidiyyəti şəxslərin müəyyən edilməsini, təcrid olunmasını və onlara qayğı göstərilməsini təmin etməliyik”.
Aydın
Bakı 




