Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
20:51
Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Sarovlu kənd sakinləri — 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü B.Mürsəlli arasında mübahisə yaranıb. Münaqişə zamanı K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.
Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Bakı 




