q
  • Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? -“Meyvəli” detalı

SİYASƏT

12 May 2026 | 12:10

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? -“Meyvəli” detalı

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarı yanan “Bakı Logistika Mərkəzi” ölkənin iri yükdaşıma və anbar komplekslərindən biri hesab olunur.

Bakıvaxtı.az “Yenisabah.az”a istinadla xəbər verir ki, mərkəz “Meyvəli” bazar kompleksinin ərazisində fəaliyyət göstərir və logistika, saxlanma, idxal-ixrac əməliyyatları üçün istifadə olunur.

Rəsmi sənədlərdə “Bakı Logistika Mərkəzi” ayrıca fiziki şəxsə məxsus obyekt kimi deyil, “Meyvəli” MMC ilə əlaqəli struktur kimi qeyd edilir.

Müəssisənin idarəçiliyi müxtəlif dövrlərdə icraçı şəxslər tərəfindən həyata keçirilib. Açıq mənbələrdə “Meyvəli” MMC-nin qanuni təmsilçiləri sırasında Rəşad Abbasovun da adı yer alıb. 

Mərkəz dövlət dəstəyi ilə həyata keçirilən iri logistika layihələrindən biri kimi təqdim olunur. Layihənin formalaşdırılması və inkişafında İqtisadiyyat Nazirliyinin iştirak etdiyi, dövlət-özəl tərəfdaşlığı modelinə uyğun fəaliyyət göstərdiyi bildirilir.


“Bakı Logistika Mərkəzi” beynəlxalq nəqliyyat marşrutları baxımından da strateji mövqedə yerləşir. Buradan Avropa, Rusiya, İran, Fars körfəzi və Hindistan istiqamətlərində yük daşımalarının həyata keçirilir.

Qeyd edək ki, mayın 12-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.

Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub. İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Yanğın nəzarət altına alınıb.


SON XƏBƏRLƏR

11 May 2026