Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
***
08:24
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
***
07:06
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
*** 06:56
Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
06:38
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayın.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Ömər
Bakı 










