• Bakı 27° C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Xocavənddə mina partladı - Xəsarət alan var 

HADİSƏ

02 Avqust 2026 | 14:58

Xocavənddə mina partladı - Xəsarət alan var 

Xocavənd rayonunda mina hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 2-də Xocavənd rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına əsasən, onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026