• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Türk nümayəndə: WUF13-də təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub

    WUF13

    22 May 2026 | 15:26

    Türk nümayəndə: WUF13-də təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub

    Bu qədər genişmiqyaslı və çoxsaylı iştirakçıların qatıldığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən Azərbaycana təşəkkür edirəm. Təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub və iştirak da olduqca genişdir.

    Bakıvaxtı.az xəbər verir ki, bunu AZƏRTAC-a məxsusi müsahibəsində WUF13-də iştirak edən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Strateji Ekoloji Qiymətləndirmə şöbəsinin direktoru Nihan Şahin Hamamçı deyib.

    O bildirib ki, sessiya çərçivəsində Strateji Ekoloji Qiymətləndirmə baxımından iqlimədavamlı şəhərlərə nail olmaq üçün bir vasitə kimi istifadə olunması, mühüm bir alət kimi ön plana çıxarılması və bunun məkan planlarına inteqrasiya edilməsi baxımından çox mənalı və təsirli bir panel təşkil edilmiş olub: “Bu paneldə aparılan müzakirələr çox faydalı oldu. Burada paylaşılmış bütün mövzuların gələcək fəaliyyətlərimiz üçün yeni işlərin başlanğıcı olduğunu deyə bilərik. Buradakı panellər, təqdimatlar, digər tədbirlər və aidiyyəti fəaliyyətlər bizə yeni baxış bucağı və vizyon qazandırdı. Forum çərçivəsində keçirilən bütün fəaliyyətlərin iştirakçılar üçün olduqca faydalı olduğunu deyə bilərəm. Bu baxımdan Azərbaycan hökumətinə bir daha çox təşəkkür edirik. Onlar çox yaxşı ev sahibliyi həyata keçirdilər”.


    SON XƏBƏRLƏR