İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli töhfələr verir.
Əminəm ki, kollektiv səylərimiz, ortaq baxışımız, həmçinin
Zati-alinizin himayəsi və dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik, firavanlıq naminə daha da inkişaf edəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bakı 




