• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

    DÜNYA

    22 May 2026 | 15:30

    İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

    ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 3300 raket və pilotsuz uçuş aparatı (PUA) atıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Praqada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.“İranın hücumu bizim üçün ən pis ssenari idi, amma düşünürəm ki, bunun öhdəsindən çox yaxşı gəldik. Biz yetərincə möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. Müharibənin 40 günü və ondan sonrakı müddətdə BƏƏ-ni hədəfə alan raket və dronlarının ümumi sayı təxminən 3300-ə çatır”, - deyə o qeyd edib.

    Qarqaşın sözlərinə görə, bu raket və dronların yalnız 4 faizə qədəri BƏƏ-dəki hədəflərinə çatıb.


    SON XƏBƏRLƏR