• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi

SİYASƏT

22 May 2026 | 17:44

CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) Ankara Bölgə Ədliyyə Məhkəməsinin dünən çıxardığı qərarla bağlı ölkənin Ali Seçki Komissiyasına (YSK) müraciət edib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Ali Seçki Komissiyasında CHP-nin sözügedən etiraz ərizəsinə baxılacaq. 

Partiya sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özel onlara verilən mandatı qorumaq üçün YSK-ya müraciət etdiklərini bildirib. 

Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub. 


SON XƏBƏRLƏR