• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

    CƏMİYYƏT

    22 May 2026 | 17:24

    İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

    İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq.

    BDU-dan Bakıvaxtı.az-a bildirilib ki, bu barədə Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib. İclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2026-cı il 21 aprel tarixli əmrində nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

    Yaz imtahan sessiyasının 5 həftə ərzində keçirilməsi, üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyulun 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.

    Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı yaradılacaq.


    SON XƏBƏRLƏR