• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Mahir Emreli "Legiya"ya qayıda bilər

İDMAN

22 May 2026 | 14:14

Mahir Emreli Legiyaya qayıda bilər

Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniya klubu "Kayzerslautern"dən ayrılacaq.

Bakıvaxtı.az Futbolinfo.az-a istinadən xəbər verir ki, o, artıq özünə yeni klub axtarır.

Buna səbəb isə 2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknextin hücumçuya oynamaq şansı verməməsidir.

"Kayzerslautern"lə 2028-ci ilin yayında bitəcək müqaviləsi davam edən futbolçu daha çox icarəyə getmək niyyətindədir. Hazırda agenti onunla bağlı axtarışları davam etdirir. Mahir daha çox meydanda olmaq, oynamaq niyyətindədir.

Emrelinin Polşaya dönmək ehtimalı da var. O, 2021-22-ci illərdə parlaq mövsüm keçirdiyi "Legiya"ya qayıda bilər.


SON XƏBƏRLƏR