• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Milli Koordinator: 1000-dən çox media nümayəndəsi WUF13-ü geniş işıqlandırıb

WUF13

22 May 2026 | 15:59

Milli Koordinator: 1000-dən çox media nümayəndəsi WUF13-ü geniş işıqlandırıb

Dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələr olduqca fəal keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

    O bildirib ki, forum beynəlxalq medianın böyük diqqətini cəlb edib:

    “1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.

    Anar Quliyev qeyd edib ki, WUF13-ün digər mühüm nəticələrindən biri gələcək Ümumdünya Şəhərsalma Forumlarında tətbiq olunacaq səmərəlilik standartlarının yaradılması məqsədilə Bakı Standartının tətbiqinə dair niyyət məktubunun imzalanması olub.


    SON XƏBƏRLƏR