• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

İki həmyaşıdını bıçaqlayan gəncə hökm oxundu

HADİSƏ

22 May 2026 | 14:33

İki həmyaşıdını bıçaqlayan gəncə hökm oxundu

İki həmyaşıdını öldürməyə cəhddə təqsirləndirilən 2008-ci il təvəllüdlü Firac Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən son iclasda dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. O, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib, Firac Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 10 ilədəkdir.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Firac Hüseynov iki həmyaşıdını bıçaqlayıb.

Xəstəxanaya çatdırılan zərərçəkmişlərin həyatını xilas etmək mümkün olub.

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR