• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

BMT rəsmisi: WUF13 şəhərsalmanın prioritet olduğunu göstərdi

WUF13

22 May 2026 | 13:39

BMT rəsmisi: WUF13 şəhərsalmanın prioritet olduğunu göstərdi

“WUF13 şəhərsalmanın gələcəyində mənzil təminatı və inklüziv inkişafın əsas prioritet olduğunu bir daha göstərdi”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13-ün rəsmi bağlanış mətbuat konfransında  BMT Baş katibinin müavini Əminə Məhəmməd səsləndirib.

O qeyd edib ki, Bakı şəhərində keçirilən World Urban Forum şəhərsalma sahəsində beynəlxalq dialoq və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Onun sözlərinə görə, forum çərçivəsində hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektorun iştirakı ilə şəhərlərin gələcəyi üzrə ortaq həll yolları müzakirə edilib.

Ə.Məhəmməd vurğulayıb ki, mənzil təminatı artıq qlobal gündəmin əsas istiqamətlərindən biridir və bu sahədə effektiv nəticələr yalnız yerli səviyyədə icra olunan siyasət və gücləndirilmiş əməkdaşlıqla mümkündür.

O əlavə edib ki, müzakirələr Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında şəhərlərin rolunu daha da gücləndirib və inklüziv, dayanıqlı şəhər inkişafı üçün tərəfdaşlığın genişləndirilməsi vacibdir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR