Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatı nəzərdə tutulur.
Bakıvaxtı.az-ın məlumatına əsasən, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bu məsələ müzakirə olunub və layihə parlamentin plenar iclasına tövsiyə edilib.
Şəki Apellyasiya Məhkəməsinə təyin olunması gözlənilən hakimlər:
- Etibar Mustafayev – hazırda Şəki İnzibati Məhkəməsinin hakimi
- Anar Əsgərov – hazırda Ağsu Rayon Məhkəməsinin hakimi
Şirvan Apellyasiya Məhkəməsinə təyin olunması nəzərdə tutulan hakimlər:
- Fəxri Hacızadə – hazırda Şəki İnzibati Məhkəməsinin hakimi
- Nicat Ağabəyov – hazırda Lənkəran Rayon Məhkəməsinin hakimi
Əli Hüseynov
Bakı 




