• Bakı 16° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Tramp Qabbardın istefasını təsdiqlədi - YENİLƏNİB

DÜNYA

22 May 2026 | 23:47

Tramp Qabbardın istefasını təsdiqlədi - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın Milli Kəşfiyyat direktoru vəzifəsindən ayrıldığını təsdiqləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, Qabbard son ilyarım ərzində mühüm işlər görüb:

“Tulsi inanılmaz iş gördü və biz onun üçün darıxacağıq”.

    ABŞ lideri qeyd edib ki, Qabbard həyat yoldaşında xərçəng aşkarlanaşkarlandığına görə iyunun 30-da administrasiyanı tərk edəcək.

    Trampın sözlərinə görə, Milli Kəşfiyyat rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Qabbardın birinci müavini Eron Lukas icra edəcək.

    ***

    22:04

    ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard istefa verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.

    Nəşrin yazdığına görə, o, ərinin xəstəliyi ilə əlaqədar bu qərara gəlib.

    Bildirilir ki, Tulsinin ABŞ Prezidenti Donald Trampa göndərdiyi bəyanatda “Təəssüf ki, 2026-cı il iyunun 30-dan etibarən vəzifəmdən istefa verməliyəm. Həyat yoldaşım Abraham bu yaxınlarda sümük xərçənginin son dərəcə nadir formasına tutulub”, - qeyd edilib.


    SON XƏBƏRLƏR

    22 May 2026