• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTOLAR

CƏMİYYƏT

22 May 2026 | 18:35

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi instaqram hesabında yeni şeirini paylaşıb.

Bakıvaxtı.az həmin şeiri təqdim edir:

“Mən sənin güzgünəm, mən sənin əksin,

Mən sənin əzabın, tale sirrinəm.

Mən sənin dərdinəm, sənin seçimin,

Naləli göz yaşın, lənət səsinəm.

 

Sənin düşüncənəm, sənin hisslərin,

Sənin qorxuların, acı utancın.

Sakit bir ismətəm, coşqun ehtiras,

Mərhəmət ümmanı, nisgil çayıyam!

 

Həm mərhəmətinəm, həm qəddarlığın,

Həm sənin dərindən dərin olanın.

Həm səxavətinəm, həm hərisliyin,

Ehtirasla sevib nifrət etdiyin!

 

Mən sənin varlığın, oyanan ruhun,

Ömür bildiyimiz o sakit yuxun.

Mən sənin güzgünəm, mən sənin əksin,

Duyursan qəlblərin bir vuran səsin?!”.


SON XƏBƏRLƏR