• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Azərbaycan “Son zəng”lə bağlı YENİ QAYDALAR

CƏMİYYƏT

22 May 2026 | 13:22

Azərbaycan “Son zəng”lə bağlı YENİ QAYDALAR

Bu il Azərbaycanda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri 13 iyun tarixində keçiriləcək.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məzun günü mərasimləri iki saatlıq formatda təşkil olunacaq və saat 08:00-da başlayaraq 10:00-da başa çatacaq.

Qaydalarına əsasən, hər bir şagird tədbirə yalnız bir valideynlə birlikdə qatıla biləcək.

Məktəblərdə təhlükəsizlik və nizam-intizamın təmin edilməsi məqsədilə iştirakçı sayına məhdudiyyət tətbiq olunması nəzərdə tutulur.

Eyni zamanda, şagirdlərin mərasimdə məktəb formasında iştirak etməsi məcburi tələb kimi müəyyən edilib.

Tədbir çərçivəsində musiqi seçimlərinə də məhdudiyyət qoyulub. Belə ki, etik normalara uyğun olmayan, “bayağı” hesab edilən musiqilərin ifasına icazə verilməyəcək.

Qaydaların pozulması hallarında məsuliyyət birbaşa təhsil müəssisəsinin rəhbərliyi üzərinə düşəcək və müvafiq inzibati tədbirlərin görüləcəyi bildirilir.

Murad İsmayıl


SON XƏBƏRLƏR