• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Parlamentin son iclasının TARİXİ

SİYASƏT

22 May 2026 | 12:36

Parlamentin son iclasının TARİXİ

Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası mayın 26-da keçiriləcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq. Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.

    Bununla əlaqədar Milli Məclisin yaz sessiyası çərçivəsində son iclası mayın 26-na təsadüf edir.


    SON XƏBƏRLƏR