• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək

CƏMİYYƏT

16 Sentyabr 2026 | 09:26 | Müəllif: Günəş Mərd

Tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək

Bakıda sentyabrın 17-də "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçiriləcək.

Bu barədə  Bakıvaxtı.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, konfrans Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.

Həmçinin tədbir çərçivəsində "Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar", "Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti" mövzularında panel sessiyaları baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026