• Bakı 27° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Süni intellektlə arıqlayan şəxs komaya düşdü

DÜNYA

06 Avqust 2026 | 19:26

Süni intellektlə arıqlayan şəxs komaya düşdü

Çində bir gənc kişi həddindən artıq arıqlamaq üçün süni intellektdən istifadə etdikdən sonra reanimasiyaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, kişi uzun müddətdir oturaq iş səbəbindən aldığı çəkidən narahat olub. Artıq çəkidən xilas olmaq üçün süni intellektdən istifadə edərək intensiv məşq proqramı və arıqlama planı yaratmasını istəyib.

Zərərçəkən süni intellektdən təlimatları izləyib və 45 gün ərzində təxminən 18 kq arıqlamağı bacarıb. Lakin o, komaya düşüb və təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər ona çoxsaylı orqan çatışmazlığı sindromu diaqnozu qoyublar. Həkimlərin sözlərinə görə, xəstənin immun sistemi uzun müddət yuxusuzluq, nizamsız qidalanma və intensiv idman səbəbindən zəifləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR