• Bakı 27° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu

SİYASƏT

06 Avqust 2026 | 20:10

Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni vurğulayıblar.

Onlar siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə dəyişməkdə olan regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR