• Bakı 28° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Ceyhun Bayramov AXC sənədləri ilə tanış oldu

SİYASƏT

06 Avqust 2026 | 15:22

Ceyhun Bayramov AXC sənədləri ilə tanış oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində məlumat yayıb.

    Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.

    Nazirə nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqaz regionuna dair hazırlanmış hesabatlar da yer alıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Avqust 2026