• Bakı 27° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

MİQ üzrə həvəsləndirmə tətbiq olunan məktəblərə vakansiya seçiminə start verilir

CƏMİYYƏT

06 Avqust 2026 | 17:42

MİQ üzrə həvəsləndirmə tətbiq olunan məktəblərə vakansiya seçiminə start verilir

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən açıq olacaq. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq uyğun vakant yerləri seçə biləcəklər.

Bildirilib ki, vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

Namizədlərə seçim prosesində diqqətli olmaları, vakansiyaları müəyyənləşdirdikdən sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

Qeyd olunub ki, vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcəklər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026