Husilər Yəmən hökumət qüvvələrinin Mərib və Hadramaut əyalətlərindəki hərbi düşərgələrinə raket zərbələri endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SABA məlumat yayıb.
Məlumata görə, raket hücumları nəticəsində azı 30 Yəmən hərbçisi həlak olub.
Hücumların əsas hədəfi Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrinə məxsus, əsasən Fövqəladə Qüvvələr bölmələrinin yerləşdiyi hərbi düşərgələr olub.
Bakı 



