“Fənərbaxça”nın “Sturm Qrats” matçında zədə alan oyunçusu Ceyden Oostervoldeyə bud oynağında qismən yırtıq diaqnozu qoyulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fənərbaxça”nın yaydığı açıqlamada bildirilir.
Məlumata görə, Ceyden Oostervoldenin Ataşehir Medicana Xəstəxanasında aparılan MRT müayinəsindən sonra onun bud oynağında qismən yırtıq aşkarlanıb. Tibbi qrup tərəfindən dərhal onun müalicəsinə başlanılıb.
Ceyden Oostervoldenin 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Murad Məmmədli
Bakı 



