• Bakı 28° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Konqoda Eboladan ölənlərin sayı açıqlandı

DÜNYA

06 Avqust 2026 | 14:01

Konqoda Eboladan ölənlərin sayı açıqlandı

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 1 801-ə çatıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Rabitə və KİV-lə Məsələlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ebolaya yoluxanların sayı 3 973 nəfər, ölüm nisbəti isə 45% təşkil edir. Xəstəxanalarda və tibbi təcridxanalarda 717 nəfər var. Ebolaya yoluxmuş şəxslərlə təmasların izlənməsi göstəricisi 80%-dir.

Qeyd edək ki, Ebola epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir. Uqanda səhiyyə orqanları iyulun 28-də ölkələrində Ebola epidemiyasının bitdiyini elan ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026