• Bakı 27° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

“Real Madrid”in 125 milyon avroluq transferi açıqlandı

İDMAN

06 Avqust 2026 | 18:42

“Real Madrid”in 125 milyon avroluq transferi açıqlandı

İspaniyanın "Real Madrid" komandası Kot-d'İvuar millisinin futbolçusu Yan Dyomandeni heyətinə qatıb.

Bakıvaxtı.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Leypsiq” klubundan transfer edilən hücumameyilli yarımmüdafiəçi ilə 7 illik müqavilə imzalanıb.

“Kral klubu” 19 yaşlı vinger üçün Bundesliqa təmsilçisinə 125 milyon avro təzminat ödəyəcək. Müqavilədə 15 milyon avro mükafatla bağlı bənd də yer alıb.

Qeyd edək ki, bu yay Joze Mourinyonu komandanın baş məşqçisi vəzifəsinə təyin edən “Real Madrid” rəhbərliyi Mark Kukurelya, Bernardu Silva, Denzel Dümfris, Karlos Espi və İbrahima Konate kimi futbolçularla güclənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR