• Bakı 28° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu

DÜNYA

06 Avqust 2026 | 13:19

Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu

Pentaqonda təcili müşavirə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, təcili iclasın keçirilməsi barədə qərar ABŞ Prezidenti Donald Trampın ölkənin müharibə naziri Hit Peqsetin müavini, təchizata görə şəxsən cavabdeh olan Stiven Faynberqə zəng etməsindən sonra qəbul edilib. 

“Prezident Trampdan qəzəbli zəng almış hərb nazirliyinin ikinci adamı ABŞ-də sursat çatışmazlığı ilə bağlı məsələləri müzakirə etmək üçün bu gün hərbi və müdafiə satınalmaları üzrə yüksəkrütbəli məmurların təcili iclasını keçirəcək”, - telekanalın məlumatında deyilir. 

Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatında Trampın sursat çatışmazlığı ilə bağlı xəbərlərlə əlaqədar Pentaqon rəhbəri Pit Heqsetə narazılığını bildirdiyinə dair yazı dərc olunub. Bildirilib ki, Tramp Heqsetin ABŞ-nin silah ehtiyatları ilə bağlı ona yanlış məlumatlar verdiyi qənaətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026