• Bakı 27° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Sürücülərimiz gömrükdə saxlanılıb? - RƏSMİ

CƏMİYYƏT

06 Avqust 2026 | 17:29

Sürücülərimiz gömrükdə saxlanılıb? - RƏSMİ

Gürcüstan Gəlirlər Xidməti Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin gömrük-keçid məntəqələrində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, qurumdan verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub.

"Bütün sərhəd-keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və qeyd olunan məsələ araşdırılır", - deyə Gəlirlər Xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026