• Bakı 27° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

HADİSƏ

06 Avqust 2026 | 17:51

Zərdabda oğul Mercedesi dirəyə çırpdı, anası öldü

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026