• Bakı 29° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Rəşad Sadiqov baş məşqçi oldu

CƏMİYYƏT

06 Avqust 2026 | 13:44

Rəşad Sadiqov baş məşqçi oldu

“Qarabağ” Futbol Klubunun akademiyasında növbəti məşqçi təyinatı gerçəkləşib.

Bakıvaxtı.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, U-19 komandasının baş məşqçisi vəzifəsinə Rəşad Sadiqov təyin olunub.

Rəşad Sadiqov Azərbaycan futbolunun tanınmış simalarından biridir. O, peşəkar futbolçu kimi "Şəfa", "Neftçi", MOİK və "Qarabağ" klublarında çıxış edib. Müdafiəçi mövqeyində oynayan Sadiqov uzun illər Azərbaycan milli komandasının da formasını geyinib.

Qeyd edək ki, bu təyinat "Qarabağ" akademiyasında həyata keçirilən yeni məşqçi dəyişiklikləri çərçivəsində baş tutub.

Elcan Musalı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026