• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Səlim Müslümovun bu evi yarı qiymətə SATIŞA ÇIXARILDI

CƏMİYYƏT

05 Sentyabr 2026 | 12:14 | Müəllif: Subhan Mahmudov

Səlim Müslümovun bu evi yarı qiymətə SATIŞA ÇIXARILDI

Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir.

Altı ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı - 175 min manata alıcı axtarır. 

Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.

Qeyd edək ki, S.Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026