Prezident İlham Əliyev Fəxrəddin Nəcəf oğlu İsmayılovla bağlı iki sərəncam imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısının birinci sərəncamı ilə Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə isə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Fəxrəddin İsmayılov uzun illər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində fəaliyyət göstərən peşəkar diplomatlardandır.
O, diplomatik fəaliyyəti dövründə müxtəlif məsul vəzifələrdə çalışıb, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı istiqamətində fəaliyyət göstərib.
İsmayılov son illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.
Zeynəb Rzayeva
Bakı 



