Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Dünya Çempionatı ilə bağlı hüquqların bir hissəsinin satılması planından imtina edilməsinə baxmayaraq, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən təşkil olunan turnirləri boykot etməyə davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
UEFA boykotun davam etdirilməsinin səbəbini izah edərkən bildirib:
“Böyük yarışların hüquqlarının satılması ilə bağlı təkliflər geri götürülməli idi; bundan əlavə, oyunun mahiyyətini təhrif etməyə yönəlmiş belə cəhdlərin bir daha təkrarlanmayacağına dair təminatlar tələb olunur. Bu şərtlər yerinə yetirilməyib”.
Bakı 



