• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sumqayıtda tanışını güllələyən şəxsə 9 il 6 ay cəza verildi  

HADİSƏ

25 May 2021 | 13:48

Sumqayıtda tanışını güllələyən şəxsə 9 il 6 ay cəza verildi

Sumqayıtda tanışını güllələyən Loğman Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan Loğman Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən L.Ağayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 15-də, saat 9 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 33 yaşlı Natiq Çələbiyev odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alıb.

Aparılmış araşdırmalarla Sumqayıt şəhər sakini Loğman Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yalçın Səlimovu öldürmək məqsədilə ov tüfəngindən atəş açıb, lakin sonuncunun qaçması səbəbindən həmin vaxt orada olan tanışı Natiq Çələbiyevin atəş nəticəsində çoxsaylı xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Loğman Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub./musavat/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026